Bank Of Baku

Partlayış baş vermiş binanın sakinləri ölkə başçısına müraciət ediblər

Partlayış baş vermiş binanın sakinləri ölkə başçısına müraciət ediblər
# 08 yanvar 2009 16:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən il dekabrın 13-də Bakıda Naxçıvanski küçəsi 34 ünvanında yerləşən partlayış baş vermiş beşmərtəbəli yaşayış binasının sakinləri ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə APA-ya məlumat verən sakinlər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən ayrılmış 122 min 500 manat məbləğində vəsaitin onlara dəymiş ziyanı ödəmədiyini bildiriblər. Binadakı 26, 27, 28 və 29-cu mənzillərin sahibləri hadisə zamanı bütün əşyalarının məhv olduğunu deyiblər: “Evimizdə olan hər şey dağıntılar altında qaldı. Heç nə çıxara bilmədik. Dövlətin ayırdığı pul isə nəinki 13 mənzilə, heç bizə də yetmir.”

Qeyd edək ki, Nazirlər Kabineti partlayış baş vermiş yaşayış binasının üç blokunun sökülərək 9 ay müddətində yenidən inşa edilməsi və sakinlərə dəymiş ziyanın hesablanaraq onlara 122 min 500 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Qərara əsasən ayrılmış vəsait evləri dağılmış 13 ailəyə veriləcək. Partlayış nəticəsində evləri qəza vəziyyətinə düşən digər ailələrin mənzilləri isə bərpa olunacaq. Hadisə zamanı xəsarət alanlara da yardım göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR