Bank Of Baku

Azərbaycan Ombudsmanı dağıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Ombudsmanı dağıstanlı həmkarı ilə görüşüb
# 08 yanvar 2009 16:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiya Federasiyası Dağıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Svetlana Əlisultanovanı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağıstan və Azərbaycan ombudsmanları arasında imzalanmış ikitərəfli müqavilənin icrası nəzərdən keçirilib, gələcək əməkdaşlığın təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Görüş zamanı ombudsmanların hər iki respublikanın regionlarına səfərlər etməklə, yerli əhali və geniş ictimaiyyətlə görüşlər keçirilməsinin davam etdirilməsi qərara alınıb.

Tərəflər Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı ilə əlaqədar görülmüş işlərin Quba şəhərində müzakirəsi, eləcə də Avropa Şurasının yaranmasının 60 illiyi və Avropa İnsan Hüquqları Məhkəməsinin 50 illiyinə həsr olunmuş tədbirlərin Şəki şəhərində keçirilməsini razılaşdırıblar.

Görüşdə eyni zamanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi və Azərbaycan prezidentinin sərəncamına əsasən, 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar tədbirlərin, o cümlədən Dağıstanda yaşayan azərbaycanlı uşaqların da iştirakı ilə birgə tədbirlərin keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR