Bank Of Baku

Azərbaycan Həkimlər Assosiasiyası tibb işçilərini Qəzzada yaralananlar üçün qan verməyə çağırıb

Azərbaycan Həkimlər Assosiasiyası tibb işçilərini Qəzzada yaralananlar üçün qan verməyə çağırıb
# 09 yanvar 2009 08:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Həkimlər Assosiasiyası (AHA) Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu, Ümumdünya Tibb Assosiasiyasına və respublikanın tibb işçilərinə İsrailin Fələstinin Qəzza zolağına apardığı hərbi əməliyyatlarla bağlı müraciət edib. Assosiasiyadan APA-ya daxil olan müraciətdə qeyd edilib ki, minlərlə günahsız insanın, xüsusilə də uşaqların Qəzzadakı müharibə nəticəsində dünyasını dəyişməsi, yaralanması, maddi, mənəvi, psixoloji iztirablarla üzbəüz qoyulmasını seyr edən sivilizasiya daha da təhlükəli fəlakətlərlə üzləşə bilər.
Beynəlxalq təşkilatları Fələstin uşaqları, qadın və qocalarının fəryadına biganə qalmamağa çağıran AHA xahiş edir ki, onlar xəstələrin müalicəsiz qalmasına, yaranmış humanitar böhrana öz etirazlarınızı daha kəskin formada bildirsinlər.
AHA həm də respublikanın tibb işçilərini Fələstin yaralıları üçün donor qanı verməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR