Bank Of Baku

Azərbaycandan 10 gənc Yaponiyada keçiriləcək təlim proqramında iştirak edəcək

Azərbaycandan 10 gənc Yaponiyada keçiriləcək təlim proqramında iştirak edəcək
# 09 yanvar 2009 11:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiyanın Azərbaycandakı səfirliyində bu ölkə hökumətinin maliyyələşdirdiyi “Gənc liderlər” təlim proqramının Azərbaycan və Gürcüstandan olan müdavimləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, 10-u Azərbaycandan, 4-ü isə Gürcüstandan olan müdavimlərlə görüşən səfir Masamitsu Oki proqramın 1996-cı ildən fəaliyyət göstərdiyini, indiyə qədər Azərbaycan və Gürcüstanın hər birindən 400 gəncin bu proqramda iştirak etdiyi söyləyib. O bildirib ki, proqramın məqsədi insan resurslarının inkişafını dəstəkləməkdir. Azərbaycanın təhsil naziri Misir Mərdanov isə Yaponiyaya yollanacaq 14 gəncə imkan daxilində çox öyrənməyi, ölkəni layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərini yaponlara çatdırmağı tövsiyə edib.

Bu gün Yaponiya hökumətinin maliyyələşdirdiyi “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində həyata keçiriləcək növbəti layihə ilə bağlı imzalanma mərasimi də təşkil olunub. Qax şəhərinin 3 saylı orta məktəbinin təmirini nəzərdə tutan layihənin icrasına 85 min 666 ABŞ dolları ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR