Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfiri Bakı Slavyan Universitetində yaradılmış Alman dili və Mədəniyyəti Mərkəzinin qonağı olub

Almaniyanın Azərbaycandakı səfiri Bakı Slavyan Universitetində yaradılmış Alman dili və Mədəniyyəti Mərkəzinin qonağı olub
# 09 yanvar 2009 13:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina Bakı Slavyan Universitetində (BSU) yaradılmış Humboldt adına Alman dili və Mədəniyyəti Mərkəzinin qonağı olub. APA-nın xəbərinə görə, görüşdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla səfirə mərkəzin fəaliyyəti, filologiya fakültəsinin nəzdində yeni açılmış roman-german ixtisası və universitetlə Almaniya təhsil mərkəzləri arasındakı əlaqələr, həyata keçirilən layihələr haqqında məlumat verib. Rektor bildirib ki, Azərbaycanda alman mədəniyyətinin kifayət qədər izi qalmaqdadır və onların tədqiqi hər iki ölkənin mədəniyyəti üçün yararlı ola bilər. Onun fikrincə, Azərbaycan mədəniyyətinin Almaniyadakı izləri də tarixi-kulturoloji aspektdən öz tədqiqini gözləyir. Səfir P. Stankina isə BSU-dakı alman mərkəzinin iki ölkə ali məktəbləri və mədəniyyətləri arasında dostluq körpüsü rolunu oynayacağını deyib. Mərkəzə kitablar, əyani vəsaitlər və CD-lər hədiyyə edən diplomat ötən il Almaniyada keçirilən “Azərbaycan mədəniyyəti ili”nin böyük uğurla tamamlandığını xatırladıb: “Bu il isə Azərbaycanda “Alman mədəniyyəti ili” elan olunub və bununla bağlı geniş tədbirlər planı hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR