Bank Of Baku

Gələn ildən kənd məktəbləri də internetə qoşulacaq

Gələn ildən kənd məktəbləri də internetə qoşulacaq
# 09 yanvar 2009 14:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Fevralın sonuna qədər Azərbaycanda 200 orta məktəb internetə qoşulacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya bildirib ki, internetə qoşulacaq məktəblər Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Hacıqabul və Goranboydadır. S. Məmmədov deyib ki, Bakıdakı 380 məktəbdən 180-i, Sumqayıtdakı 33 məktəbdən isə 11-i hələ internetə qoşulmayıb. Bu il ərzində həmin məktəblərin də internetə qoşulması təmin ediləcək. Bundan sonra işin regionlarda davam etdirilməsi nəzərdə tutulur. 2010-cu ildən kənd məktəbləri də internetə qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR