Bank Of Baku

Aleksandr Onassis İctimai Yardım Fondu gələn tədris ili üçün əcnəbilərin 15-ci Təqaüd Proqramını elan edib

Aleksandr Onassis İctimai Yardım Fondu gələn tədris ili üçün əcnəbilərin 15-ci Təqaüd Proqramını elan edib
# 09 yanvar 2009 15:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Aleksandr Onassis İctimai Yardım Fondu 2009-2010-cu tədris ili üçün 4 kateqoriya üzrə əcnəbilərin 15-ci Təqaüd Proqramını elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, kateqoriyaların birincisi elmi-tədqiqat işinin aparılması üzrə professorlar, ikincisi elmlər namizədləri, doktoranturadan sonrakı təhsil almaq arzusunda olan şəxslər və incəsənət xadimləri, müəllimlərin ixtisasartırması proqramına aid olan üçüncü kateqoriya yunan dili, tarixi və sivilizasiyasını tədris edən müəllimlər, dördüncüsü isə aspirant və elmlər namizədləri üçün nəzərdə tutulan proqramlardır. Bu təqaüd proqramlarında xarici ölkələrin milli akademiya üzvləri, professorlar, elmlər namizədləri, incəsənət xadimləri, ibtidai və orta məktəbdə yunan dilini tədris edən müəllimlər və aspirantlar iştirak edə bilərlər.
Təqaüd Proqramı 2009-cu ilin oktyabrından 2010-cu ilin sentyabrınadək olan müddəti əhatə edir. Proqramda humanitar, siyasi elmlər üzrə təqaüdlər nəzərdə tutulub:
Təqaüd Proqramında iştirak etmək istəyən namizədlər yanvarın 31-dək sənədlərini təqdim edə bilərlər. Bu sənədlər Fondun Direktorlar Şurası tərəfindən nəzərdən keçiriləcək və yekun qərar qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR