Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası işçilərin kütləvi şəkildə məzuniyyətə göndərilməsi faktını araşdırır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası işçilərin kütləvi şəkildə məzuniyyətə göndərilməsi faktını araşdırır
# 10 yanvar 2009 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə AHİK-in sədri Səttar Mehbalıyev məlumat verib. S. Mehbalıyevin sözlərinə görə, artıq məsələni AHİK nəzarətə götürüb. Bu gün ərzində konfederasiya «Azərboru» ASC-nin həmkarlar ittifaqı ilə əlaqə saxlayaraq, bu müəssisədə 1300 nəfərin məzuniyyətə göndərilməsi faktını və səbəblərini araşdıracaq: «Bundan əvvəl «Baku Stell Company» də işçiləri 1 aylıq pulu ödənilməklə məzuniyyətə göndərib. «Akkord» şirkətində isə həmkarlar ittifaqları olmadığından oradakı vəziyyəti dəqiqləşdirə bilməmişik».

S. Mehbalıyev Azərbaycan şirkətlərinin bu addımının dünyadakı maliyyə böhranı ilə müəyyən dərəcədə bağlı olduğunu deyib və davam edəcəyini istisna etməyib: «Dünyada hökm sürən maliyyə böhranı Azərbaycan şirkətlərinə də təsir göstərir. Burada maliyyə böhranın təsirinin olması mümkündür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR