Bank Of Baku

Türkiyə bu ildən vətəndaşlarının Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbuluna yenidən icazə verib

Türkiyə bu ildən vətəndaşlarının Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbuluna yenidən icazə verib
# 10 yanvar 2009 09:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Ali Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsi artıq hazırdır. Bu layihənin yaxın zamanlarda dövlət başçısı tərəfindən imzalanacağı gözlənilir”. APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, qış imtahan sessiyası ilə əlaqədar “Qaynar xətt” fəaliyyət göstərir: “Əvvəlki illərdən fərqli olaraq, bu il “Qaynat xətt” yalnız imtahan sessiyası zamanı deyil, bütün il ərzində fəaliyyət göstərəcək. “Qaynar xətt”in otağında artıq bir neçə gündür ki, Təhsil Nazirliyinin nümayəndələri ilə yanaşı, korrupsiyaya mübarizə qurumlarının əməkdaşları da əyləşirlər. Telefon xətti də daim açıqdır. Daxil olan hər bir məlumata dərhal reaksiya verilir. Hər hansı nöqsan olduqda onun qarşısının alınmasına çalışılır”.

Azərbaycanda təhsil alan türk tələbələrindən rüşvət alınması ilə bağlı məlumata münasibət bildirən M. Mərdanov qeyd edib ki, bəzi ali məktəblərdə belə hallar olub: “Azərbaycan Dövlət Pedaqoji Universitetinə 2 il ərzində türk tələbələrin təhsil alması dayandırıldı. Əlbəttə, bu bizim üçün çox mənfi hal idi. Amma sevindiricidir ki, bu ildən Türkiyə tərəfi həmin universitetə türk tələbələrin yenidən daxil olması ilə bağlı qərar qəbul edib. Bu bizim həmin mənfi hallara verdiyimiz reaksiyanın Türkiyə tərəfindən qəbul edilməsi deməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR