Bank Of Baku

Nazir: “Azərbaycan Beynəlxalq Universitetində qış imtahan sessiyasının gedişi ciddi nəzarətə götürülüb”

Nazir: “Azərbaycan Beynəlxalq Universitetində qış imtahan sessiyasının gedişi ciddi nəzarətə götürülüb”
# 10 yanvar 2009 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirliyin iki əməkdaşı ali məktəbdəki imtahanlara ciddi nəzarət edir. Nazir hesab edir ki, əgər növbəti bir neçə sessiyada da belə nəzarət tədbiri davam etdirilərsə, həmin ali məktəbdə istədikləri səviyyəyə nail ola bilərlər: “Təkcə ABU-nu deyil, digər məktəbləri də nəzarətə götürmüşük. Amma ABU-da bu nəzarət daha güclüdür”.

M. Mərdanov Azərbaycandakı milli azlıqların dərsliklərlə təminatında problemin olmadığını da söyləyib: “Azərbaycandakı milli azlıqlar üçün dərsliklər mütəmadi hazırlanır və onlara mütəmadi çatdırılır. Bu gün Azərbaycandakı orta ümumtəhsil məktəblərində dərslik, dərs vəsaiti, əlavə oxu materiallarla bağlı 4-5 il əvvəl mövcud olan çətinlikləri heç biri yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR