Bank Of Baku

Azərbaycanda innovativ müəllimlər müsabiqəsi keçirilir

Azərbaycanda innovativ müəllimlər müsabiqəsi keçirilir
# 12 yanvar 2009 09:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Microsoft Azerbaijan» şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə «İnnovativ Müəllimlər» müsabiqəsi keçirir. Müsabiqə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində keçirilir.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya üzrə keçiriləcək: «Məzmunda innovasiyalar» və «Tərəfdaşlıqda innovasiyalar».
«Məzmunda innovasiyalar» nominasiyası vasitəsi ilə məktəbin dərs proqramında innovasiya yanaşmasından və informasiya texnologiyalarından səmərəli istifadə etmək yolu ilə tədris proqramının hazırlamasına imkan verən ən yaxşı təhsil layihələri aşkarlanacaq. Müsabiqə şərtlərindən biri də həmin layihədə şagird əməyinin olması və şagirdlərin cəlb olunmasıdır.
«Tərəfdaşlıqda innovasiyalar» nominasiyası müəllim, şagird, məktəb, valideyn və s. kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsini müəyyənləşdirəcək.
Müsabiqə iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə hər bir iştirakçı layihənin təsvirini təqdim edəcək, sonra isə finalçılar layihələrinin təqdimatını keçirəcəklər. Sonda, pedaqoji və valideyn jürisi tərəfindən finalçılar arasında nominasiyalar üzrə qaliblər müəyyənləşdiriləcək. Nominasiyalar üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər müəyyənləşəcək. Layihələrin qəbulu yanvarın 31-də başa çatacaq.
Müsabiqənin qalibləri Vyanada təşkil olunacaq Avropa innovativ müəllimlər forumunda iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR