Bank Of Baku

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu qaydaları dəyişdiriləcək

Azərbaycanda orta məktəb müəllimlərinin işə qəbulu qaydaları dəyişdiriləcək
# 12 yanvar 2009 10:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycan Təhsil Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla orta məktəb müəllimlərinin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlayır. Nazirlikdən APA-ya verilən məlumata görə, yeni qaydaların hazırlanması barədə təhsil naziri Misir Mərdanov tapşırıq verib. Qaydaların hazırlanmasında məqsəd peşəkar kadrların işə qəbulunu həyata keçirmək, bu prosesdə obyektivliyi təmin etməkdir. Yeni dəyişiklərlə bağlı təkliflərin bu ilin avqustunadək hazır olacağı, yeni tədris ilindən isə tətbiq ediləcəyi gözlənilir.
Hələlik qaydaların dəqiq detalları məlum deyil. Amma bu qaydalara görə, müəllimlərin işə qəbulunun müsabiqə əsasında keçiriləcəyi, işə yeni qəbul olunan kadrların fəaliyyətinin aidiyyəti qurumlar tərəfindən bir il ərzində izlənilməsi, daha sonra isə onun əmək fəaliyyətinin davam etdirilib-etdirilməsi barədə qərarın veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR