Bank Of Baku

Almaniyada “Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda tədbir keçiriləcək

Almaniyada “Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda tədbir keçiriləcək
# 12 yanvar 2009 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yanvarın 16-da Almaniyanın “Konrad Adenauer” Fondunun Akademiyasında “Azərbaycan və Almaniya arasındakı akademik mübadilə: hazırkı vəziyyət və perspektivləri” mövzusunda tədbir keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirin keçirilməsində əsas məqsəd Almaniya və Azərbaycan arasında gənclər və təhsil sistemində daha böyük yeniliklərin əldə edilməsi, qarşılıqlı əməkdaşlığın, tələbə mübadiləsinin möhkəmləndirilməsidir. Konfransın açılış mərasimində çıxış edəcək gənclər və idman naziri Azad Rəhimov gənclərin Avropa fəaliyyəti, onların Avropada təhsili, diaspora fəaliyyətinin gənclər arasında formalaşması barədə danışacaq. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər rəsmilərlə bərabər, Almaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Almaniyanın təhsil sistemində çalışan rəsmilər, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak edəcəklər. Konfransda iştirakçılar tərəfindən “Regionlar arasında əməkdaşlıq: Azərbaycan Avropa və Asiya arasında körpü rolunda”, “Avropa Birliyi : qonşuluq siyasəti proqramı və Azərbaycan üçün bundan irəli gələn əməkdaşlıq imkanları” , “Almaniyada təhsil alan Azərbaycanlı tələbələrin inteqrasiya problemləri”, “Gürcüstanla Rusiya arasında hərbi münaqişənin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri” və digər mövzularda məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR