Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cənub rayonlarında təbiətə vurulmuş ziyanla bağlı 37389 manatlıq iddia qaldırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cənub rayonlarında təbiətə vurulmuş ziyanla bağlı 37389 manatlıq iddia qaldırıb
# 12 yanvar 2009 10:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı şöbəsi ötən il ərzində Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı rayonlarında keçirdiyi yoxlamalar zamanı 390 akt və 57 inzibati protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, il ərzində təbiətə vurulmuş ziyana görə 342 iş üzrə 37389 manat məbləğində iddia qaldırılıb. Bundan 16648 manat 66 qəpik məbləğin ödənilməsi təmin edilib. Aşkarlanmış qanun pozuntularına görə 43 iş üzrə təqsirkar şəxslər barəsində inzibati qaydada 47970 manat məbləğində cərimə tətbiq olunub. Həmin vəsaitin 7119 manat 50 qəpiyi ödənilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq, ətraf mühitə edilən təsirlərə, atılan tullantılara görə 17365 manat 40 qəpik məbləğində ödəmə haqqı hesablanıb və bu vəsaitin ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR