Bank Of Baku

Azərbaycan hökuməti «Kurortlar haqqında Nümunəvi Əsasnamə»ni təsdiqləyib

Azərbaycan hökuməti «Kurortlar haqqında Nümunəvi Əsasnamə»ni təsdiqləyib
# 12 yanvar 2009 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Kurortlar haqqında Nümunəvi Əsasnamə»ni təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Sənədə əsasən, Azərbaycanda kurortlar maddi-texniki təminatı, təqdim olunan xidmətlərin çeşidi və nomenklaturasına, göstərilən xidmətlərin səviyyəsi və keyfiyyətinə görə beynəlxalq, respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli kurortlar istisna olmaqla, digər kurortların əsasnamələri Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu kurortların təşkili və ləğvi aidiyyəti icra hakimiyyəti orqanlarının rəy və təklifləri nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.
Əsasnamədə kurortlarda sanitariya işlərinin təşkili, tikintinin aparılması və s. məsələlər də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR