Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 12 yanvar 2009 12:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yanvarın 13-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz şimal küləyinə keçəcək. Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Yanvarın 14-ü və 15-də hava, əsasən, yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 13-də hava, əsasən, yağmursuz, lakin gecə və səhər saatlarında ayrı-ayrı şərq rayonlarında yağıntı olacaq, zəif qar yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-4 dərəcə şaxta olacaq.

Yanvarın 14-15-də hava, əsasən, yağmursuz olacaq, qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR