Bank Of Baku

Tovuz rayonundakı fərdi təsərrüfatda xırda buynuzlu heyvanlar tələf olub

Tovuz rayonundakı fərdi təsərrüfatda xırda buynuzlu heyvanlar tələf olub
# 12 yanvar 2009 12:54 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı –APA. Tovuz rayonunu “Ceyrancöl” adlanan meşə zolağında Gədəbəy sakini Alim Əliyevə məxsus fermada xırda buynuzlu heyvanlar tələf olub. Tovuz rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, fermada bir necə gündə tələf olan heyvanların sayı 37-yə çatıb: “Əməkdaşlarımız ərazidə olub, xəstə heyvanlar arasında profilaktik tədbirlər aparıblar. Heyvanlardan qan analizi götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göndərilib”.
Gədəbəy rayon Baytarlıq İdarəsinin rəisi Akif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, Alim Əliyevin fərdi təsərrüfatında heyvanlar tələf olduğu üçün ona heç bir yardım edilməyəcək. Lakin xəstə heyvanlara müvafiq preparatlar vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR