Bank Of Baku

Bakının 10 qabaqcıl məktəbində “Elektron məktəb” layihəsi icra olunacaq

Bakının 10 qabaqcıl məktəbində “Elektron məktəb” layihəsi icra olunacaq
# 12 yanvar 2009 14:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi bu ildən Azərbaycanda ilk dəfə olaraq Bakının 10 qabaqcıl məktəbində “Elektron məktəb” layihəsi həyata keçiriləcək. Bu barədə APA-ya Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu layihə tətbiq ediləcək məktəblərdə internet daha yüksək sürətlə olacaq, nazirlik və Bakı Şəhər Təhsil İdarəsi birbaşa video əlaqələrin yaradılmasına imkan verən video avadanlıqlar, elektron lövhələr quraşdırılacaq, elektron kart sistemi tətbiq ediləcək. Elektron kartlar məktəblərin həm müəllimlərinə, həm də şagirdlərinə təqdim ediləcək. Bu kart vasitəsilə məktəblərdə giriş və çıxış təhlükəsizliyi təmin ediləcək, şagirdin məktəbdə olub-olmadığı qeydə alınacaq, onun qiymətləri elektron jurnallara əlavə ediləcək. Bu məlumatların sonradan valideynlərin telefonlarına da ötürülməsi mümkündür. S. Məmmədov bildirib ki, elektron kart sistemi növbəti ildən tətbiq edilə bilər. Amma buna ilkin olaraq seçilmiş 10 məktəb arasındakı ən kiçik müəssisələrdən başlamaq nəzərdə tutulur. Layihəni daha sonra Bakı və Sumqayıtın fəal məktəblərində davam etdirmək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR