Bank Of Baku

Lənkəranda borclu abonentlərə elektrik enerjisinin verilişinin dayandırılmasına başlanıb

Lənkəranda borclu abonentlərə elektrik enerjisinin verilişinin dayandırılmasına başlanıb
# 13 yanvar 2009 07:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Dünən günün ikinci yarısından Lənkəranda borclu abonentlərə elektrik enerjisinin verilişinin birtərəfli qaydada dayandırılması prosesinə başlanılıb. Lənkəran Rayon Paylayıcı Elektrik Şəbəkəsinin (RPEŞ) direktoru Etibar Şabanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu tədbir “Azərenerji” Səhmdar Cəmiyyətinin müvafiq sərəncamı ilə həyata keçirilir. Rayon üzrə 2008-ci il üçün debitor borcun 297 min manat təşkil etdiyini bildirən RPEŞ rəsmisi bunun 172 min manatının əhali sektorunun, 15 min manatının nəqliyyat müəssisələrinin, 5 min manatının xidmət və tikinti təşkilatlarının, 82 min manatının büdcə qurumlarının, 13 min manatının isə qeyri-istehsal sahələrinin payına düşdüyünü diqqətə çatdırıb. Sayğaclara qanunsuz müdaxilə məsələsinə toxunan E. Şabanov 2008-ci ildə 520 bu cür faktın aşkarlandığını, inzibati qaydada 162 min manat məbləğində cərimə haqlarının şəbəkənin hesabına ödənildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR