Bank Of Baku

Naxçıvanda “Koroğlu” elektrik yarımstansiyası yenidən qurulub

Naxçıvanda “Koroğlu”  elektrik yarımstansiyası  yenidən qurulub
# 13 yanvar 2009 07:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan şəhərində “Koroğlu” yarımstansiyası yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, 1998-ci ildə köhnə texnologiyalar əsasında qurulan 110/10 kilovoltluq yarımstansiya müasir tələblərə cavab vermədiyindən və tez-tez nasazlıq hallarının baş verməsi səbəbindən yarımstansiyanın yenidən qurulması həyata keçirilib.
Yarımstansiyanın 110 kilovoltluq hissəsində Ukrayna və İran İslam Respublikasında istehsal olunan 25 meqavat amper gücündə 2 ədəd transformator quraşdırılıb. Digər avadanlıqlar İsveç, Macarıstan və Türkiyədən alınıb. Quraşdırma və əvvəlki yarımstansiyanın şəbəkədən açılması işləri yerli mütəxəssislər tərəfindən həyata keçirilib.
İstehsal olunan elektrik enerjisinin Naxçıvan şəhərinin elektrik şəbəkələrinə paylanılması üçün 7 kilometr uzunluğunda metal dayaqlarla 10 kilovoltluq elektrik xətləri çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR