Bank Of Baku

Vaşinqtonda ABŞ və Azərbaycan mütəxəssislərinin görüşü keçirilir

Vaşinqtonda ABŞ və Azərbaycan mütəxəssislərinin görüşü keçirilir
# 13 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Vaşinqtonda ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) Bioloji Təhlükənin Azaldılması Proqramı (BTAP) çərçivəsində bu ölkə və Azərbaycan mütəxəssislərinin birgə görüşü keçirilir. Taun Əleyhinə Stansiyadan APA-ya verilən məlumata görə, “Müşahidə təlimatları üzrə seminarlar” adı altında keçirilən tədbir yanvarın 16-da yekunlaşacaq. Tədbirdə Azərbaycanı Taun Əleyhinə Stansiyanın elmi məsələlər üzrə direktor müavini Rakif Abdullayev və şöbə müdiri Rita İsmayılova təmsil edirlər. Görüş ABŞ tərəfinin dəvəti ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR