Bank Of Baku

Korrupsiyaya qarşı Mübarizə Fondunun sədri: “Regionlarda insan hüquqlarının qorunması lazımi səviyyədə deyil”

Korrupsiyaya qarşı Mübarizə Fondunun sədri: “Regionlarda insan hüquqlarının qorunması lazımi səviyyədə deyil”
# 13 yanvar 2009 09:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Korrupsiyaya qarşı Mübarizə Fondunun sədri Namiq Axundov “Antikorrupsion ictimai vəkillik xidməti” layihəsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, N. Axundov Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bölgələrdə bir sıra layihələr həyata keçirdiklərini deyib. O bildirib ki, regionlarda insan hüquqlarının qorunması, vətəndaşlara göstərilən hüquqi yardım lazımi səviyyədə deyil: “2008-ci il ərzində fonda 175 nəfər şikayət edib ki, bu da 2007-ci illə müqayisədə iki dəfə çoxdur. Fond layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt və 13 rayonda araşdırmalar aparıb. Müraciət edənlərin 40 faizinin şikayətinin müsbət həllinə nail ola bilmişik. Şikayətlər ən çox bələdiyyələrdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, məhkəmə və ədliyyə strukturlarından, yol patrul xidmətindən, vergi orqanlarından, həmçinin ünvanlı sosial yardım və pensiya məsələləri ilə bağlı olub. Son zamanlar elektrik və qaz istismarı qurumlarından da şikayət halları çoxalıb. Bu göstəricilər onu sübut edir ki, vətəndaşların birbaşa müraciəti üçün bölgələrdə aidiyyəti qurumlara ehtiyac var”. N. Axundov deyib ki, fond bu problemlərlə bağlı Milli Məclisə öz təkliflərini təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR