Bank Of Baku

“Təbiətin 7 möcüzəsi” adlı beynəlxalq müsabiqə elan edilib

“Təbiətin 7 möcüzəsi” adlı beynəlxalq müsabiqə elan edilib
# 13 yanvar 2009 12:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İsveçrənin “Təbiətin 7 möcüzəsi” adlı qeyri-biznes təşkilatı eyni adda beynəlxalq müsabiqə elan edib. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 222 ölkədən 261 təbiət və tarixi abidənin adı salınıb. Onların sırasında Azərbaycanın palçıq vulkanları da var. İnternet vasitəsi ilə aparılan müsabiqə iyulun 7-dək davam edəcək. Sabah isə bu müsabiqə ilə bağlı Geologiya İnstitutunda mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, dünyada 800-dən artıq palçıq vulkanı var. Onların 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR