Bank Of Baku

Cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsinə görə ötən il 39 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsinə görə ötən il 39 nəfər cinayət məsuliyyətinə cəlb olunub
# 14 yanvar 2009 07:12 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 2008-ci ildə narkotiklərin qanunsuz dövriyyəsinə görə cənub bölgəsində 39 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) cənub bölgəsi üzrə Regional Şöbəsindən məlumat verilib. Məlumata görə, şöbənin şəxsi heyəti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ötən il 143 kiloqram 526 qram miqdarında narkotik vasitə müsadirə olunub ki, bunun da 18 kiloqram 790 qramını tiryək, 115 kiloqram 89 qramını həşiş, 9 kiloqram 644 qramını heroin və 3 qramını isə marixuana təşkil edib. 63 cinayət faktı üzrə məsuliyyətə cəlb edilən 39 nəfərdən 4-ü İran İslam Respublikasının vətəndaşı, 2 nəfəri isə qadın olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR