Bank Of Baku

Lənkəranda 1104 narkoman var

Lənkəranda 1104 narkoman var
# 15 yanvar 2009 00:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. 2008-ci ildə Lənkəran Şəhər Narkoloji Dispanserində 74 ilkin aşkarlanmış xəstə qeydiyyata götürülüb. Bu barədə məlumatı APA-nın cənub bürosuna dispanserin baş həkimi Vüqar Əliyev verib. Onun sözlərinə görə, hazırda dispanserdə ümumilikdə qeydiyyatda duran 1104 narkomandan 383 nəfərini profilaktik qaydada müalicə olunan xəstələr təşkil edir. 25 çarpayılıq stasionara malik olan müalicə müəssisəsində ötən il ərzində 63 xəstənin tam müalicə kursu alaraq sağaldığını bildirən baş həkim daha 700-ə yaxın xəstənin isə ambulator müalicəyə cəlb olunduğunu deyib. V. Əliyev həmçinin narkomaniya ilə mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının icrasına 2006-cı ildən başladığı “Zərərin azaldılması” layihəsinin birinci hissəsinin keçən il başa çatdığını qeyd edərək, layihə çərçivəsində 178 nəfər inyeksion narkotik istifadəçisi ilə maarifləndirmə işlərinin aparıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR