Bank Of Baku

Göygöl rayonunda tikilən xəstəxana binasında tamamlama işləri aparılır

Göygöl rayonunda tikilən xəstəxana binasında tamamlama işləri aparılır
# 14 yanvar 2009 07:28 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı- APA. Göygöl rayonunda tikilən Mərkəzi Rayon Xəstəxanasında son tamamlama işləri aparılır. 2007-ci ildən inşasına başlanılan tibb müəssisəsi üçün 3 hektar sahə ayrılıb. Göygöl Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Eldar Muradov APA-nın qərb bürosuna bildirib ki, xəstəxana 4 korpus və yardımçı binalardan ibarətdir. Xəstəxanada cərrahiyə, reanimasiya, ginekologiya, doğum evi, LOR, terapiya, yoluxucu xəstəliklər, poliklinika və rentgen şöbələri fəaliyyət göstərəcək. Hər biri 10 çarpayılıq nevroloji və oftolmoloji şöbələrin isə yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda fəaliyyət göstərən Mərkəzi Rayon Xəstəxanası SSRİ dövründə inşa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR