Bank Of Baku

Ötən il Naxçıvanda 103 satınalma müsabiqəsi keçirilib

Ötən il Naxçıvanda  103  satınalma müsabiqəsi keçirilib
# 14 yanvar 2009 23:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Ötən il Naxçıvan Muxtar Respublikasında 103 satınalma müsabiqəsi keçirilib. Naxçıvan MR Satınalmalar üzrə Dövlət Agentliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, açıq tender və kotirovka sorğularında satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti 35 milyon 751 min 942 manat olub. Bağlanmış müqavilənin ümumi məbləği isə 34 mln. 456 min 843 manat təşkil edib ki, nəticədə 1 milyon 295 min 99 manat dövlət vəsaitinə qənaət olunub.
Təşkilatdan onu da bildiriblər ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının fəallığının artdığı müşahidə edilib. Ərzaq məhsullarının, müəssisə və təşkilatlarda avadanlıqların satın alınmasında yerli məhsullardan da istifadə hallarının artdığı qeyd olunub.
Qeyd edək ki, bu il keçirilən satınalmalar 8 nazirlik və təşkilat üzrə baş tutub. Bunlardan 5-i nazirlik, digər üçü isə hərbi hissə, tikinti komitəsi və meliorasiya və su təsərrüfatı xidməti göstərən təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR