Bank Of Baku

Azərbaycanın şimal-qərb rayonlarına enerji verilişi dayandırılıb

Azərbaycanın şimal-qərb rayonlarına enerji verilişi dayandırılıb
# 14 yanvar 2009 07:48 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Qax, Zaqatala, Balakən rayonlarına enerji verilişində fasilə yaranıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, enerji verilişi bu gün saat 9.20-dən dayandırılıb. Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın əməkdaşına bildirilib ki, enerji verilişinin dayandırılması Balakən və Şəki ərazindən keçən yüksək gərginlikli xətlərdə təmir işlərinin aparılması ilə bağlıdır. Təmir işlərinin axşam saatlarında başa çatacağı, bundan sonra bölgəyə elektrik enerjisi verilişinin bərpa olunacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR