Bank Of Baku

Azərbaycanda pensiya islahatları üzrə Dövlət Proqramın icrası başlanılıb

Azərbaycanda pensiya islahatları üzrə Dövlət Proqramın icrası başlanılıb
# 14 yanvar 2009 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən Sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2015-ci illər) pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutur.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, Dövlət Proqramında sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi ilə yanaşı konüllü pensiya sığortasının inkişaf etdirilməsi və əmək pensiyalarının yığım komponenti kimi qeyri-dövlət pensiya institutlarının formalaşdırılması nəzərdə tutulur.
Dövlət Proqramına uyğun olaraq, 2009–2015-ci illərdə sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların təşkili, sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi həyata keçiriləcək. Bundan başqa, bütün sığortaolunanlar üzrə ödənilən sosial sığorta haqları ilə pensiya və müavinətlər arasında əlaqənin gücləndirilməsinə dair, işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədi ilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflər hazırlanacaq.
Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin hesablanması və verilməsində sığorta prinsiplərinin tətbiqinə dair təkliflər hazırlanacaq, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması reallaşdırılacaq. Proqrama uyğun olaraq, pensiya sistemindəki qeyri-sığorta ödəmələrinin tənzimlənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə qanunvericilikdə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Proqramı ölkə prezidentinin 2008-ci ilin dekabrın 30-da imzaladığı sərəncamla təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR