Bank Of Baku

Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 529-a çatıb

Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 529-a çatıb
# 14 yanvar 2009 09:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. 2008-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 529-a çatıb. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva bildirib. Mətbuat katibi deyib ki, qeydiyyata alınan dini icmaların 32-si qeyri-islam, 497-si isə islam təmayüllüdür. Onun sözlərinə görə, hazırda dini icmaların qeydiyyata alınma prosesi davam edir. Y. Əliyeva paralel olaraq dini icmaların hüquqi ünvanlarının məscidlərə dəyişdirilməsi prosesinin də aparıldığını bildirib: “Dini icmalar yalnız fəaliyyət göstərdiyi ərazilərdə yerləşən məsciddə qeydiyyata alına bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR