Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb
# 14 yanvar 2009 09:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 15 illiyinə həsr olunmuş “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim» devizi altında keçirilmiş baxış-müsabiqənin qalibləri bu gün AHİK rəhbərliyi tərəfindən mükafatlandırılıb. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, builki müsabiqədə 500 müəssisə və təşkilat iştirak edib. Müsabiqənin əsas məqsədi hər bir yeni yaradılmış iş yerində normal şəraitin yaradılması olduğunu deyən AHİK rəhbəri, ölkədə fəaliyyət göstərən tikinti təşkilatlarında işçilərin təhlükəsizliyi sahəsində böyük problemlərin olduğunu qeyd edib: “Nöqsanların aradan qaldırılması üçün bir sıra tədbirlərin görülməsinə baxmayaraq, ölkədə əməyin təhlükəsizliyin qorunması beynəlxalq standartlara cavab vermir”. Əmək müfəttişlərinin fəaliyyəti ilə bağlı qanunvericilik bazasının gücləndirildiyini deyən S. Mehbalıyev bildirib ki, ildən ilə əməyin mühafizəsinə ayrılan vəsait artır, AHİK minlərlə iş yerlərinə təlimatlar verib, onların 85 faizi yerinə yetirilib. Tədbirdə AHİK-in 15 illiyinə həsr olunmuş film nümayiş olunub. Hazırda AHİK özündə 28 sahə ittifaqını birləşdirir, bu ittifaqların 1 milyon 600 min üzvü var. Tədbirin sonunda 50 müəssisə və təşkilat ən yaxşı göstəricilərə görə, 19 müəssisə və təşkilat müsbət nəticələrə görə, 8 müəssisə və təşkilat isə fəal iştiraka görə diplom və hədiyyələrlə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR