Bank Of Baku

Gəncədə və Şəkidə Dövlət Arxiv İdarəsi üçün binalar tikilir

Gəncədə və Şəkidə Dövlət Arxiv İdarəsi üçün binalar tikilir
# 14 yanvar 2009 09:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Gəncə və Şəki şəhərlərində Dövlət Arxivi binaları tikilir. Bu barədə APA-ya Milli Arxiv İdarəsinin (MAİ) direktor müavini Kamal Ağayev bildirib. Onun sözlərinə görə, ötən ildən başlayan layihə çərçivəsində yaxın illərdə Lənkəran, Salyan, Göyçay, Mingəçevir və Şamaxıda da dövlət arxiv idarəsi üçün binalar tikiləcək. Bu il Milli Arxiv İdarəsinin Ziya Bünyadov-3 ünvanında yerləşən əsas binasında da əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

K. Ağayev qeyd edib ki, MAİ-nin bu il üçün nəzərdə tutulan elmi nəşrlər üzrə iş planında ümumi həcmi 150 çap vərəqindən artıq olan sənədlər külliyyatının, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iqtisadi siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin maarif və mədəniyyət siyasəti”, “1905-1920-ci illərdə Azərbaycanda siyasi partiyalar və ictimai təşkilatlar”, “Fikir ayrılığı ilə mübarizə: 20-30-cu illər” külliyyatlarının çapı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR