Bank Of Baku

Bakıda rus dili və ibtidai sinif müəllimlərinin işə qəbulu dayandırılıb

Bakıda rus dili və ibtidai sinif müəllimlərinin işə qəbulu dayandırılıb
# 14 yanvar 2009 09:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda il ərzində 600-700 nəfər fənn müəllimi işdən çıxır, 400-ə yaxın müəllim isə işə qəbul olunur. Bakı Şəhər Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyevin APA-ya verdiyi məlumata görə, hazırda Bakının mərkəzi orta məktəblərində ibtidai sinif müəllimlərinin işə qəbulu demək olar ki, dayandırılıb. Eyni zamanda, rus dilinə xarici dil statusu verildikdən sonra bu fənn müəllimlərinə tələbat olmadığı üçün onların da işə qəbulu həyata keçirilmir.
B. Nəbiyev bildirib ki, Bakıda müəllimə olan tələbat minimuma endirilib: “Hazırda Bakı məktəblərində 30 informatika, 12 fiziki tərbiyə, 6 gənclərin çağırışaqədər hazırlığı fənn müəlliminə ehtiyac var. İnformatika müəllimlərinə Bakının əsasən Sabunçu, Qaradağ, Əzizbəyov rayonlarında ehtiyac duyulur”.
B. Nəbiyevin sözlərinə görə, 2006-cı ildə Bakı məktəblərində 363 nəfər qeyri-ixtisas fənn müəllimi olubsa, artıq bu rəqəm 15-20 nəfərə enib. İdarə səlahiyyətlisi hazırda Bakıda işləyən orta məktəb müəllimlərinin 12 faizinin pensiya yaşında olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR