Bank Of Baku

Sanatoriya və istirahət evlərində məskunlaşan qaçqın və köçkünlər 2-3 ilə fərdi evlərlə təmin olunacaqlar

Sanatoriya və istirahət evlərində məskunlaşan qaçqın və köçkünlər 2-3 ilə fərdi evlərlə təmin olunacaqlar
# 14 yanvar 2009 09:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sanatoriya və istirahət evlərində məskunlaşan qaçqın və köçkünlər 2-3 ilə fərdi evlərlə təmin olunacaqlar. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev məlumat verib. O bildirib ki, respublikada fəaliyyət göstərən sanatoriya və istirahət evlərinin 80 faizi Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların ixtiyarındadır. Səttar Mehbalıyev ilk növbədə məktəblərdə məskunlaşan bu kateqoriyaya aid insanların fərdi evlərlə təmin olunma prosesinə başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR