Bank Of Baku

Azərbaycanlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Antarktidaya ilk dəfə ekspedisiya edib

Azərbaycanlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Antarktidaya ilk dəfə ekspedisiya edib
# 14 yanvar 2009 10:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, ötən ilin dekabrın 24-dən Bakıdan yola düşən “Azərbaycan-Antarktida” ekspedisiya qrupu buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparıb, yol boyu 2 kq-dək qiymətli geoloji nümunələr götürüb.

Bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olub və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatıb. Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağına yürüşləri başa çatıb.

Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər tərəfində isə İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni yanvarın 12-də Vinson dağının zirvəsinə sancıblar.

Ekspedisiya qrupu cənub qütbünə doğru irəliləyərək elmi-tədqiqat işlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR