Bank Of Baku

Azərbaycanda Qaraciyər Xəstəliklərinin Müalicəsi üzrə Regional Mərkəz yaradıla bilər

Azərbaycanda Qaraciyər Xəstəliklərinin Müalicəsi üzrə Regional Mərkəz yaradıla bilər
# 14 yanvar 2009 10:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi, mədəni və sosial sferada əlaqələr, səhiyyə və tibb elmi sahəsində əlaqələrin perspektivləri müzakirə olunub. Nazir Fransanın və dünyada böyük nüfuz qazanmış əczaçılıq şirkətlərinin Azərbaycanda fəaliyyəti, habelə Paris Elmlər Akademiyasının Tibb Departamentinin sədri, eyni zamanda Ümumdünya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının vitse-prezidenti, professor Henri Bismutun Səhiyyə Nazirliyinə müraciət edərək Azərbaycanda Qaraciyər Xəstəliklərinin Müalicəsi üzrə Regional Mərkəzin yaradılması ilə bağlı təklifindən söz açıb. O. Şirəliyev Azərbaycanda səhiyyə və tibb elminin digər prioritet sahələri olan sinir xəstəlikləri, plastik-rekonstruktiv cərrahiyyə, onkologiya, dermatologiya, ginekologiya, tibbi genetika sahəsində Fransa alimləri ilə əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb.

Səfir isə öz növbəsində Fransa, habelə Avropa Şurasının TVİNNİQ və TAEKS təsisatlarının vasitəçiliyi ilə AİDS və onkologiya üzrə Azərbaycanda həyata keçirməyi düşündüyü tibbi layihələrdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR