Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti qrant müsabiqəsinə start verir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti qrant müsabiqəsinə start verir
# 14 yanvar 2009 11:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti qrant müsabiqəsinə start verir. Bu barədə APA-ya şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. O bildirib ki, QHT-lərin iştirak edəcəyi müsabiqə üçün layihələrin qəbulu bir ay müddətində - yanvarın 15-dən fevralın 15-dək aparılacaq. F. Qurbanov layihələr üçün 15 istiqamət müəyyənləşdirildiyini açıqlayıb: “Nəzərdə tutulan istiqamətlərin hər biri prioritet sahə hesab olunur. Layihələrin qəbulu üçün ayrılan vaxt başa çatdıqdan sonra ekspert qiymətləndirilməsi keçiriləcək. Hesab edirik ki, mart ayı ərzində müsabiqədə qalib gələn layihələrə maliyyə ayrıla bilər. Yəni bu, yaz aylarından gec olmayacaq”.

Katibliyin icraçı direktoru bir layihə üçün maksimum 20 min manat ayrılmasının nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR