Bank Of Baku

Gənclər və İdman Nazirliyində korrupsiya ilə bağlı “qaynar xətt” yaradılıb

Gənclər və İdman Nazirliyində korrupsiya ilə bağlı “qaynar xətt” yaradılıb
# 14 yanvar 2009 11:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində korrupsiya hüquqpozmalarının qeydə alınması və araşdırılması məqsədilə “qaynar xətt” yaradılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlar 465 65 71 nömrəli telefonla “qaynar xətt”ə müraciət edə bilər. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na (2007-2011-ci illər) uyğun olaraq, bu sahədə nəzarət sisteminin təşkili və səmərəli fəaliyyətin təmin olunması üçün nazirliyin müvafiq əmri ilə işçi qrup yaradılıb. Tədbirlərin keçirilməsində əsas məqsəd nazirlik və onun strukturlarında çalışan dövlət qulluqçularının və tələbə gənclərin hüquqi maarifləndirilməsini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR