Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcək

Mədəniyyət və Turizm Nazirliyi bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcək
# 14 yanvar 2009 11:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi bu ilin yanvar-fevral aylarında bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik 15 -18 yanvar tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe” və Mərakeşdə keçiriləcək “MTM” turizm sərgilərində təmsil olunacaq. Bununla yanaşı, yanvarın 29-dan fevralın 1-nə kimi İspaniyanın Madrid şəhərində, fevralın 6-dan 8-dək Latviyanın Riqa şəhərində (“Balt Tour”) və fevralın 12-dən 15-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EMİTT” beynəlxalq turizm sərgilərində də nazirlik yüksək səviyyədə təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR