Bank Of Baku

Naxçıvanda çobanlara ov silahları paylanır

Naxçıvanda çobanlara ov silahları paylanır
# 14 yanvar 2009 12:49 (UTC +04:00)
Naxçıvan. J. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində və kəndlərində sürü otaran çobanlar ov silahları ilə təmin olunur. APA-nın yerli bürosunun məlumatına görə, məqsəd yaylaq və qışlaq dövründə sürülərin və çobanların təhlükəsizliyini təmin etməkdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, bu addım çöl şəraitində vəhşi heyvanların, xüsusilə də canavarların hücumunun qarşısını almağa imkan verəcək. İndiyədək 15-dən artıq çobana Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) şəhadətnamələri əsasında ov silahları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR