Bank Of Baku

“Dünyanın palçıq vulkanlarının atlası” tərtib olunacaq

“Dünyanın palçıq vulkanlarının atlası” tərtib olunacaq
# 14 yanvar 2009 13:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin sonuna qədər Azərbaycan alimlərinin əldə etdiyi elmi nailiyyətlər əsasında “Dünyanın palçıq vulkanlarının atlası” tərtib olunacaq. APA-nın məlumatına görə, bunu Geologiya İnstitutunun direktoru Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “Azərbaycan palçıq vulkanlarının atlası” ilk dəfə olaraq 1971-ci ildə yaradılıb. 1993-cü ildə isə bp şirkətinin geoloqları ilə birgə aparılan tədqiqatların yekunu kimi “Azərbaycan palçıq vulkanlarının atlası” ikinci dəfə tərtib olunub. A. Əlizadə “Dünya palçıq vulkan atlası”nı tərtib etmək üçün dünyanın müxtəlif alimləri ilə əməkdaşlıq edəcəklərini söyləyib: “Xüsusilə Rusiya alimləri ilə əməkdaşlığa önəm verəcəyik. Çünki palçıq vulkanlarının çox hissəsi dənizaltı vulkanlardır. Rusiya alimlərinin bununla bağlı təcrübəsi çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR