Bank Of Baku

Dünyadakı 800-dən artıq palçıq vulkanının 400-ə qədəri Azərbaycan ərazisindədir

Dünyadakı 800-dən artıq palçıq vulkanının 400-ə qədəri Azərbaycan ərazisindədir
# 14 yanvar 2009 13:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın palçıq vulkanlarının “Təbiətin yeddi möcüzəsi” adlı beynəlxalq müsabiqəyə qoşulması onu göstərir ki, Azərbaycan ərazisi - cənubi Xəzər çökəkliyi bütün dünyada analoqu olmayan yerdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bütün dünyada mövcud olan 800-dən artıq palçıq vulkanının 400-ə qədəri Azərbaycan ərazisindədir: “Azərbaycanın palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən fərqlənir. Əksəriyyəti aktiv fəaliyyətdə olan bəzi vulkanların hündürlüyü 400 metrə çatır. Quruda olan vulkanların 21 faizi yerin üzərinə neft çıxarır. Mənə elə gəlir ki, Azərbaycanın palçıq vulkanları bu müsabiqədə qalib gələcək”.

A. Əlizadənin sözlərinə görə, İsveçrənin “Təbiətin yeddi möcüzəsi” adlı qeyri-kommersiya təşkilatının keçirdiyi müsabiqəyə 222 ölkədən 261 təbiət hadisəsinin və tarixi abidənin adları salınıb. İnternet vasitəsilə aparılan müsabiqənin birinci mərhələsi iyulun 7-nə qədər davam edəcək və 22 nadir möcüzə final mərhələsinə çıxacaq. Müsabiqənin yekun mərhələsi isə 2011-ci ildə keçiriləcək. A. Əlizadə bildirib ki, müsabiqənin final mərhələsinə çıxmaq üçün ən azı 1 milyard səs lazımdır. Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar www.new7foundation.com ünvanında qeydiyyatdan keçərək səs verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR