Bank Of Baku

Gədəbəydəki “Koroğlu qalası”nda arxeoloji araşdırmalar aparılır

Gədəbəydəki “Koroğlu qalası”nda arxeoloji araşdırmalar aparılır
# 14 yanvar 2009 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Gədəbəyin “Koroğlu qalası” deyilən ərazisində arxeoloji qazıntılar aparırlar. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Aparılan qazıntılar zamanı qalanın içərisində iki gözdən ibarət gizli su anbarı, külək dəyirmanı, qoşa təndirxanalar və 5-6 yaşayış evi aşkarlanıb. Bundan başqa tədqiqatlar zamanı qala ətrafında daha 40-a yaxın yaşayış evinin qalıqları da bəlli olub. Gəncə şəhərinin möhkəmləndirilməsinə xidmət edən bu qala feodal istehkamlarından biri olmaqla XII əsrdə inşa edilib. İnstitut əməkdaşlarının apardığı araşdırmalara görə, “Koroğlu qalası”nın ətrafında daha iki qalaça var. Bunlar “Çavdu” adlanan sahədə yerləşirlər. Aparılan tədqiqatlar zamanı qalalardan birinin diametrinin 950 metr olduğu təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR