Bank Of Baku

Naxçıvanda qeyri-standart cihazlardan istifadə edən istehlakçıların mənzillərinə təbii qaz verilməsi dayandırılacaq

Naxçıvanda qeyri-standart cihazlardan istifadə edən istehlakçıların mənzillərinə  təbii qaz verilməsi dayandırılacaq
# 15 yanvar 2009 07:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) mənzillərin təbii qazla təminatında qeyri-standart cihazlardan istifadə edən istehlakçıların mənzillərinə mavi yanacağın verilməsi dayandırılacaq. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı “Naxçıvanqaz” MMC əhaliyə xəbərdarlıq edib. Məlumatda qeyd olunub ki, “Təbii qaz təchizatı haqqında” bağlanmış müqavilədə göstərilən qaz cihazlarından əlavə qeyri-qanuni qoşulma, qeyri-standart cihazlardan istifadə edən, həmçinin müqavilənin tələb və şərtlərini pozmaq qadağandır. Əks halda abonentlərə mavi yanacağın verilməsi dayandırılacaq.
Abonentlərin və ya kənar şəxslər tərəfindən qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və quraşdırılması da qadağan edilib.
Qeyd edək ki, “Naxçıvanqaz” MMC bu gündən fevral ayının 15-dək Naxçıvan MR-də “Qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə ayı” elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR