Bank Of Baku

Ermənistan Gürcüstanda azərbaycanlıların yaşadıqları kəndlərdən keçən Debet çayına zəhərli maddələr axıdır

Ermənistan Gürcüstanda azərbaycanlıların yaşadıqları kəndlərdən keçən Debet çayına zəhərli maddələr axıdır
# 15 yanvar 2009 07:24 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun bir neçə kəndindən keçən, mənbəyini Ermənistandan alan Debet çayının sularında insan orqanizmi üçün təhlükəli olan maddələr aşkarlanıb. Bu barədə APA-nın yerli bürosuna Sadaxlı, Mameyi, Dəmyə Gorarxı, Axlılələ, Yuxarı Saral, Aşağı Saral, Araplı kəndlərində yaşayan azərbaycanlılar bildirib. Kəndlərin sakinləri son günlər Debet çayının suyunun fasilələrlə ağ rəngdə olmasının şahidi olublar. Sakinlərin sözlərinə görə, çayın suyu ilə suvarılan torpağın üzərində duza oxşar ağ maddə qalır. Onlar qeyd edib ki, ekoloji baxımdan zərərli olan suvarma suyunun keyfiyyəti barədə Gürcüstanın əlaqədar təşkilatlarına dəfələrlə məlumat verilsə də, bununla bağlı tədbir görülməyib.
Sakinlər onu da qeyd ediblər ki, Debet çayına zəhərli maddələri Ermənistanın “Alahverdi” mis mədənindən axıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR