Bank Of Baku

Şərurda əlil və şəhid ailələri üçün fərdi mənzillər istifadəyə verilib

Şərurda əlil və şəhid ailələri üçün fərdi mənzillər istifadəyə verilib
# 15 yanvar 2009 07:26 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda 26 mənzilli yaşayış binası, əlil və şəhid ailələri üçün fərdi mənzillər istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, rayon mərkəzində inşa edilən yaşayış binası 3 mərtəbə və zirzəmi qatından ibarətdir. Mənzillərin 2-si birotaqlı, 1-i üçotaqlı, 23-ü isə ikiotaqlıdır. Binanın zirzəmisində bərbər otağı, mağaza, elektrik cihazlarının təmiri sexi və digər məişət sahələri yaradılıb. Mənzillərə elektrik və qaz xətləri çəkilib, sayğaclar qoyulub, bina mərkəzləşmiş antena sistem ilə təmin olunub.
Rayonun kəndlərində yerləşən digər 7 fərdi mənzildən 5-i Azərbaycan Vətən Müharibəsi əlillərinə, 1-i şəhid, digəri isə əlil ailəsinə verilib.
Qeyd edək ki, son bir il ərzində Naxçıvan MR-də 300-ə qədər mənzil istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR