Bank Of Baku

Naxçıvanda adları “Qırmızı kitab”a daxil olan heyvanların qış dövrünü normal keçirə bilmələri üçün biotexniki tədbirlər aparılır

Naxçıvanda adları “Qırmızı kitab”a  daxil olan heyvanların  qış dövrünü normal keçirə bilmələri üçün  biotexniki tədbirlər aparılır
# 15 yanvar 2009 22:50 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) adları “Qırmızı kitab” daxil edilən nadir və nəsli kəsilməkdə olan heyvanların qış dövründə qidalarla təmin olunması məqsədilə biotexniki tədbirlər həyata keçirilir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) xüsusi mühafizə olunan təbiət əraziləri sektorunun müdiri Vaqif İsmayılovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, biotexniki tədbirlər çərçivəsində regionun qoruq və yasaqlıq ərazilərində qış aylarında qar örtüyünün çox olması səbəbindən muxtar respublika ərazisində yaşayan nadir və nəsli kəsilməkdə olan heyvanların qışlama dövrünü normal keçirmələri üçün həmin ərazilərə ot, daş duz kimi minerallar, taxıl bitkiləri səpilir. İndiyədək adıçəkilən nazirliyin əməkdaşları tərəfindən “Arazboyu” və Ordubad-Culfa Dövlət Təbiət Yasaqlıqlarında biotexniki tədbirlər çərçivəsində muflon, bezuar (dağ keçisi), bəbir, müxtəlif kəklik növləri və bu kimi nadir heyvanların ot, taxıl və s. qidalarla yemlənməsi məqsədilə əraziyə qidalar qoyulub. Məqsəd həm də nəsli kəsilməkdə olan bu kimi heyvanların qoruq və yasaqlıqlarda daimi məskunlaşmasına nail olmaqdır. Proses qış ayları ərzində muxtar respublikanın digər dövlət təbiət və qoruq yasaqlıqlarını əhatə etməklə davam etdiriləcək.
Qeyd edək ki, Naxçıvan MR-də 285 heyvan və quş növü var. Onlardan 72-si “Qırmızı Kitab”a daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR