Bank Of Baku

Azərbaycanda 4367 əcnəbi leqal əmək fəaliyyəti ilə məşğul olur

Azərbaycanda 4367 əcnəbi leqal əmək fəaliyyəti ilə məşğul olur
# 15 yanvar 2009 08:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Hazırda Azərbaycanda 4367 əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev APA-ya bildirib ki, ölkədə əmək fəaliyyətini daha çox leqallaşdıranlar Türkiyə vətəndaşlarıdır. Bu siyahıda sonrakı yeri isə İngiltərə vətəndaşları tutur. R. Tağıyevin sözlərinə görə, qanuni əmək fəaliyyəti ilə məşğul olanların 70%-dən çoxu qeyri-neft sektorunda çalışır.

İdarə rəisi onu da bildirib ki, ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi iş icazəsi almaq istəyən əcnəbi vətəndaşların dövlət rüsumunun artırılması ilə bağlı təklifləri hazırda hökumətdə müzakirə edilir. Bu təkliflərdə hazırda 45 manat olan dövlət rüsumunun 1000 manatadək artırılması əksini tapıb.

Rüsumun qaldırılmasında məqsəd Azərbaycanın əmək bazarına xaricdən lazımsız və qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaq istəyən işçi qüvvəsinin daxil olmasının qarşısını almaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR