Bank Of Baku

Gənclər və İdman nazirliyi 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Gənclər və İdman nazirliyi 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb
# 15 yanvar 2009 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman nazirliyi (GİN) 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb. GİN-dən APA-ya verilən məlumata görə, 20 Yanvarla əlaqədar tədbirlərə nazirlik əməkdaşlarının, yaradıcı gənclərin, tələbə gənclər təşkilatlarının və QHT nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarətlə start veriləcək. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat, basketbol, karate-do üzrə Gəncə şəhər turnirləri keçirəcək. Yanvarın 14-də isə Gəncədə “Şəhidlər heç vaxt unudulmur” mövzusunda dəyirmi masa baş tutacaq. Azərbaycan Güləş Federasiyası yanvarın 15-17-də sərbəst güləş üzrə idman ustası şəhid M. İsayevin xatirəsinə həsr olunmuş kişilər arasında beynəlxalq turnir təşkil edəcək. Tədbirlər planına 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında mini-futbol üzrə Mingəçevir şəhər turnirinin, 1 nömrəli Uşaq Gənclər İdman Məktəbində 1994-95-ci il təvəllüdlü yeniyetmələr arasında basketbol üzrə Sumqayıt şəhər turnirinin, yeniyetmələr arasında şahmat və dama üzrə Şirvan şəhər turnirinin, yeniyetmə və gənclər, həmçinin kişilər arasında şahmat üzrə Quba rayon turnirinin, Göyçayda Yunan-roma güləşi üzrə respublika turnirinin, Kyokuşin-kaykan-kontakt karate və Kunq-fu üzrə respublika turnirlərinin, Kukşin-karate üzrə Lənkəran şəhər turnirinin, Şito-Ryu karate-do üzrə VI Azərbaycan Kubokunun, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq veloyürüşün keçirilməsi də daxildir.
Bundan başqa, Sumqayıtdakı “İstedad” liseyində “Şəhidlər unudulmur” mövzusunda ədəbi-bədii kompozisiya, rəsm və divar qəzetləri müsabiqəsi, “Abşeron” rəsm Qalereyasında isə “And yerimiz” mövzusunda ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında rəsm - plakat sərgisi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR