Bank Of Baku

Yanvarın 18-dən Azərbaycan ərazisində hava yenidən soyumağa başlayacaq

Yanvarın 18-dən Azərbaycan ərazisində hava yenidən soyumağa başlayacaq
# 15 yanvar 2009 09:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentinin Hidrometeoroloji Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yanvarın 16-17-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-14 dərəcə isti olacaq. Yanvarın 18-də hava yağmursuz olacaq, cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, gündüz arabir güclənəcək. Şimal küləyi ilə əlaqədar temperatur 4-6 dərəcə düşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yanvarın 16-17-də hava yağmursuz olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq. Yanvarın 18-də rayonlarda gündüz 7-9, dağlarda 0-4 dərəcə isti qeydə alınacaq. Həmin gün bəzi rayonlarda gecə və axşam saatlarında qar yağacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR